6 dekabr 2012 16:02
Azərbaycan İrəvanda bir bürünc medalla kifayətlənməli oldu
İrəvanda keçirilən boks üzrə gənclər arasında dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, 64 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Pərviz Bağırov yarımfinalda Qvatemala nümayəndəsi Lester Normandi Martines Tutla üz-üzə gəlib.
Bağırov bu görüşdə məğlub olaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, ümumilikdə 23 ölkənin nümayəndələri yarımfinala vəsiqə qazana biliblər.
