5 dekabr 2012 18:44
Pərviz Bağırovun İrəvandakı növbəti rəqibi müəyyənləşdi
İrəvanda keçirilən gənc boksçular arasında dünya birinciliyində mübarizə aparan Azərbaycan idmançısı Pərviz Bağırovun (64 kq) yarımfinaldakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 1/4 final mərhələsində litvalı Eymantas Stanionisi məğlub etməklə özü üçün ən azı bürünc medalı təmin edən 18 yaşlı idmançımız finala gedən yolda qvatemalalı Lester Normandi Martines Tutla qarşılaşacaq.
Görüş sabah - dekabrın 6-da keçiriləcək.
Qeyd edək ki, gənclər arasında Avropa çempionumuz P.Bağırov mərhələ adlayacağı halda finalda Kevin Hayler Braun Bazain (Kuba) – Coşua Kelli (İngiltərə) cütlüyünün qalibi ilə üz-üzə gələcək.
