4 dekabr 2012 16:34

İrəvanda Azərbaycan bayrağının dalğalanacağı dəqiqləşdi

Bu gün Yerevanda boks üzrə gənclər arasında düyna birinciliyində 1/4 final mərhələsinin döyüşləri keçirilib. Azerisport.az xəbər verir ki, rinqə ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov çıxıb.
 
O, Eimantas Stanionisla (Litva) görüşdə favorit olduğunu rinqdə də sübut edib. İlk hissədə 3:1 hesabı ilə üstün olan boksçumuz, ikinci raundda da rəqibindən yaxşı təsir bağışlayıb - 5:4. Həlledici hissədə rəqibin 2 zərbəsinə 5 dəqiq zərbə ilə cavab verən həmyerlimiz yarımfinala vəsiqə qazanıb - 13:7. Beləliklə, ötən il gənclər arasında Avropa çempionu olan Pərviz Bağırov dünya birinciliyində ən azı bürünc medalı özünə təmin edib.
 
Orxan Mayıllının (75 kq) Daulet Baigabatovla (Qazaxıstan) döyüşü isə gərgin mübarizə şəraitində keçib. İlk hissədə rəqibinə bir xalla uduzan boksçumuz (1:2), ikinci raundda da yenə minimal fərqlə Qazaxıstan boksçusundan geridə qalıb - 3:4. Həlledici hissədə hər iki boksçunun 2 dəqiq zərbəsi qeydə alınıb. Nəticədə, 6:8 hesabı ilə məğlub olan Mayıllı 1/4 finalda mübarizəni dayandırıb.
 
Son olaraq Rahil Məmmədli (91 kq) rinqə çıxıb. Lakin o, İngiltərə təmsilçisi Daniel Uilyamsa məğlub olub - 5:6.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.