4 dekabr 2012 00:38

Yığmamızın daha iki üzvü İrəvanda 1/4 finala çıxdı

Ermənistanın paytaxtı Yerevanda gənclər arasında boks üzrə dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, növbəti yarış günündə ilk olaraq boksçularımızdan Pərviz Bağırov (64 kq) rinqə çıxıb. O, 1/8 final mərhələsində Almaniya boksçusu Marsel Orsingerlə qarşılaşıb. İlk raunddan üstünlüyü ələ alan gənclər arasında Avropa çempionumuz ilk hissədə 7:1 hesabı ilə üstün olub. İkinci raund da boksçumuzun eyni hesablı qələbəsi ilə başa çatıb. Bağırov həlledici raunda rahat çıxmasına baxmayaraq, bu dəfə də rəqibinə daha çox dəqiq zərbə endirib - 6:1. Ümumi hesabda 20:3 hesabı ilə qalib gələn Bağırov 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi litvalı Eimantas Stanionis olacaq.
 
Orxan Mayıllı (75 kq) 1/8 final mərhələsində venesuelalı Nalek Korbaj Barrera ilə qarşılaşıb. Birinci raund boksçumuzun 5:3 hesablı üstünlüyü ilə yekunlaşıb. Mayıllı ikinci hissədə də eyni hesabla qalib gəlib. Nəhayət, həlledici raunda həmyerlimiz daha inamlı döyüşüb - 6:2. Nəticədə 16:8 hesabı ilə qalib gələn Orxan Mayıllı da 1/4 finala vəsiqə əldə edib. Onun bu mərhələdəki rəqibi Daulet Bayqabatov (Qazaxıstan) olacaq.
 
Boksçularımızdan son olaraq Tural Əhmədov (52 kq) rinqə çıxıb. Onun rəqibi hindistanlı Dheeraj olub. Təəssüf ki, boksçumuz Hindistan nümayəndəsinə uduzaraq, mübarizəni dayandırıb - 12:20.
 
Qeyd edək ki, bir gün öncə 91 kq çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədli də 1/4 finala vəsiqəni təmin etmişdi. Məmmədlinin növbəti rəqibi İngiltərə idmançısı Daniel Uilyams olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.