30 noyabr 2012 15:44
“Hər yerdə fit çalırlar, bu da problem deyil”
“Azərbaycanın gənclər üzrə boks yığmasının əsas gücü bu gün Ermənistanda yarışa çıxacaq”. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Əbiyev bildirib.
O, ötən gün yığmamızın üzvü Nəsrəddin Məmmədovun (56 kq) yarışı ilk mərhələdə dayandırmasına münasibət bildirərək deyib ki, məğlubiyyətdə heç bir problem görmür. Əbiyev idmançılarımızın Azərbaycan bayrağı ilə meydana çıxarkən tamaşaçıların fit çalmasına da münasibət bildirib: "Hər yerdə fit çalırlar, bu da problem deyil".
