1 dekabr 2012 01:03
Bakı Firesdən ardıcıl ikinci qələbə!
Noyabrın 30-da Ümumdünya Boks Seriyası (WSB) Liqası yarışlarının 2-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Əlcəzairin “Desert Hawks” klubları üz-üzə gəliblər.
Azerisport.az xəbər verir ki, Əlcəzairdə keçirilən görüşdə təmsilçimiz ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.
Lakin ilk oyundan fərqli, “Baku Fires” bu dəfə çətinliklə qələbə qazanıb. Keçirilən döyüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
DESERT HAWKS – BAKU FIRES – 2:3
54 kq. Samir Brahimi – Orzubek Şaimov – 0:1
61 kq. Abdelkader Çadi – İsa İsayev – 1:0
73 kq. Sofian Tabi – Caba Xositaşvili – 0:1
85 kq. Nabil Kassel – Vladimir Çeles – 0:1
91 kq. Çuaib Buludinaç – Ashab Əbdülxəlilov - 1:0
Turnir cədvəlindəki vəziyyət belədi:
Mexico Guerreros – 6
Baku Fires – 5
Russia – 4
Hussars Poland – 3
Desert Hawks – 1
Argentina Condors - 0
