1 dekabr 2012 00:08

İki boskçumuz İrəvanda qalib gəldi, biri diskvalifikasiya olundu

Xəbər verdiyimiz kimi, İrəvanda gənclər arasında boks üzrə dünya birinciliyi keçirilir. Azerisport.azc xəbər verir ki, yarışda 71 ölkədən 406 boksçusu birincilik uğrunda mübarizə aparır. Birincilikdə Azərbaycan yığması da iştirak edir.
 
Çempionatda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Rahil Məmmədli ilk görüşünü puerto-rikolu Saret Murielə qarşı keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 17:11 (8:5, 6:3, 3:3) hesabı ilə Rahil Məmmədlinin xeyrinə başa çatıb.
 
Ardından rinqə Tural Əhmədov (52 kq) çıxıb. O, Norveçdən olan Hadi Hassan Srura üzərində qələbə qazanıb - 21:12 (7:7, 9:3, 5:2).
 
Ən sonda isə Rauf Rəhimov (81 kq) mübarizəyə qoşulub. İki raunddan sonra hesab rəqibin xeyrinə olub 5:6 (3:2, 2:4). Lakin üçüncü raundda Rəhimov diskvalifikasiya olunub və yarışlardan kənarlaşdırılıb.
 
Qeyd edək ki, yarışların ilk günündə Azərbaycan boksçularından yalnız biri rinqə çıxmışdı. 56 kq-da mübarizə aparan Nəsrəddin Məmmədov Ermənistan təmsilçisinə məğlub olmuşdu.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.