29 noyabr 2012 17:00

Təmsilçimiz İrəvandakı DÇ-də mübarizəni erkən dayandırdı

Ermənistanın paytaxtı İrəvanda  boks üzrə gənclər arasında dünya birinciliyi start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə boksçularımızdan Nəsrəddin Məmmədov (56 kq) rinqə çıxıb.
 
Milli komandamızın üzvü erməni rəqibi Taron Soghomonyana uduzaraq, mübarizəni dayandırıb. İlk raundda rəqib boksçu 7:5 hesabı ilə qalib gəlib. İkinci hissə 5:5 hesabı ilə yekunlaşıb. Həlledici 3-cü raundda 2:6 hesabı ilə uduzan boksçumuz döyüşdən məğlub ayrılıb – 12:18.
 
Sabah 3 boksçumuz rinqə çıxacaq.  52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədovun 1/32 finaldakı rəqibi norveçlı Hadi Srour olacaq.  Görüş axşam seansına nəzərdə tutulub. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov da (81 kq) ilk döyüşünü noyabrın 30-da keçirəcək.  Boksçumuz gürcüstanlı Aleksandr Dokvadzeni məğlub etməyə çalışacaq. Həmin döyüş də saat 19:00-da başlayacaq axşam proqramında olacaq. 
 
Rahil Məmmədli (91 kq) isə noyabrın 30-da günorta proqramında debüt edəcək. Millimizin üzvü Puerto Riko nümatyəndəsi Sahret Delgadonu sınağa çəkəcək. 

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.