29 noyabr 2012 15:05
İrəvanda Azərbaycan bayrağı qaldırıldı, amma... (FOTO, VİDEO)
Bu gün İrəvanda gənc boksçular arasında dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, yarışa Azərbaycan da daxil olmaqla 68 ölkədən 620 idmançı qatılıb.
Açılış mərasimində Azərbaycanla yanaşı digər iştirakçı 67 ölkənin bayraqları turnirin keçiriləcəyi Karen Dəmirçiyan adına idman kompleksində qaldırılıb. Lakin iştirakçı ölkələrin idmançıları sözügedən idman kompleksinə daxil olarkən ölkəmizin bayrağı əks olunan lövhənin qaradərili xanım tərəfindən gətirilməsi diqqətdən yayınmayıb. Buununla mənfur düşmənlərimiz ölkəmizə qarşı növbəti pis niyyətlərini nümayiş etdirmiş olublar. Çünki digər iştirakçılardan heç birinin bayrağı və ya lövhəsi qaradərililər tərəfindən daşınmayıb.
