27 noyabr 2012 18:56

Yığmamız artıq İrəvandadı

Boks üzrə milli komandamız Kiyevdə təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, dekabrın 5-dək davam edəcək hazırlıq prosesində 12 boksçu iştirak edir.
 
Daha sonra komandamız iki yerə bölünəcək: onlardan bir qismi Kalininqradda keçiriləcək 19-22 yaşlı boksçular arasında Avropa çempionatına, bir qismi isə Rusiyanın Beloyarsk şəhərində təşkil olunacaq həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turnirinə yollanacaq.
 
Məşqçilər Vladimir Zolotaryov və Nəriman Abdullayevin rəhbərlik etdiyi heyət boks tarixində ilk dəfə təşkil olunan 19-22 yaşlılar arasında qitə çempionatına gedəcək. Heyətə Avropa çempionu Salman Əlizadə (49 kq), Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) kimi tanınmış boksçular da cəlb olunub. Digər çəki dərəcələrində Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Emil Əhmədov (75 kq) mübarizə aparacaqlar.
 
Məşqçi İlham Alimzanovun rəhbərlik edəcəyi heyət isə dekabrın 5-də Kiyevdən Beloyarska yollanacaq. Heyətə dünya və Avropa çempionatlarının mükafatçısı Samir Məmmədov (52 kq), İlkin Ağayev (56 kq), Salman İbrahimov (64 kq), İsmət Eynullayev (69 kq), Yolçu Zeynalov (75 kq) və Fərid Şabanov (91+kq) daxil edilib.
 
19-22 yaşlılar arasında Avropa çempionatı dekabrın 11-dən 18-ə kimi Rusiyanın Kalininqrad şəhərində, Neft Ölkələrinin dünya kuboku isə dekabrın 6-dan 9-a kimi Beloyarskda təşkil olunacaq.
 
Qeyd edək ki, gənclərdən ibarət boks üzrə milli komandamız isə dünya birinciliyində iştirak etmək üçün noyabrın 26-da Bakıdan Tiflisə, oradan isə çarter reysi ilə Yerevana yola düşüb. Baş məşqçi Şamil Alimzanov və məşqçi Natiq Talıbovun rəhbərliyi altında yarışda 7 boksçumuz mübarizə aparacaq. Komandamız Ermənistan paytaxtında xüsusi mühafizə olunmuş, tamamilə təcrid edilmiş şəkildə qalacaq.
 
Dünya birinciliyində Azərbaycanı Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq) və Rahil Məmmədli (91 kq) təmsil edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.