20 noyabr 2012 14:48
Azərbaycan Qazaxıstandan 8 medalla qayıdır
Qazaxıstanın Karaqanda şəhərində yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, komandamız yarışda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Hüseynov bütün görüşlərdə qalib gələrək 1-ci yerə layiq görülüb.
Ümüd Rüstəmov (46 kq) və Ağasif Eyniyev (48 kq) yalnız finalda uduzaraq 2-ci yeri tutublar. Mirağa İsmayılov (52 kq), Pərviz Mirzəzadə (60 kq), Rövşən Musayev (66 kq), Şükran Mehdiyev (80 kq) və Fərid Əliyev (80+kq) 3-cü yerlə kifayətləniblər.
Ağasif Eyniyev həmçinin "Qələbə əzminə görə" mükafatına layiq görülüb.
