18 noyabr 2012 11:45
Baku Fires WSB Liqasına qələbə ilə başladı
Noyabrın 17-də Ümumdünya Boks Seriyası (WSB) Liqası yarışlarının 1-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Argentinanın “Argentina Condors” klubları üz-üzə gəliblər.
Azerisport.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda Qairbek Qermaxanov (54 kq, Azərbaycan) Alberto Ezequiel Melian (Argentina) ilə, Albert Səlimov (61 kq) İqnasio Perrinlə, Heybulla Mürsəlov (73 kq) Xuan Valesko ilə, Ramazan Məhəmmədov (85 kq) Facundo Nahuel Simalla və Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) Maksimiliano Alexandro Sosa ilə qarşılaşıblar.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən yarış Azərbaycan boksçularının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Turnir cədvəlindəki vəziyyət belədi:
Baku Fires 3 (1)
Mexico Guerreros 3 (1)
Hussars Poland 0 (1)
Argentina Condors 0 (1)
Dinamo (Moskva) 0 (0)
Desert Hawks 0 (0)
