18 noyabr 2012 16:57
Beş azərbaycanlı dünya çempionu oldu
Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatının final mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, milli komandamız finalda yeddi boksçu ilə təmsil olunub.
Yığmamızın üzvlərindən Salman Əlizadə (49 kq), Samir Məmmədov (56 kq), Şaban Şahpələngov (60 kq), Tamerlan Abdullayev (69 kq) və Emin Əhmədov (75 kq) həlledici görüşdə qalib gəlməyi bacarıblar. Beləliklə, adıçəkilən bütün boksçularımız dünya çempionatının qalibi olublar.
56 kq-da mübarizə aparan Cavid Çələbiyev, eləcə də 64 kq-da yarışan Heybətulla Hacəliyev isə rəqiblərinə məğlub olub.
49 kq
Salman Əlizadə - Ferhad Pehlevan (TUR)
52 kq
Samir Məmmədov – Aleksandr Şepelyuk (UKR)
56 kq
Cavid Çələbiyev – mahir Paşayev (RUS)
60 kq
Şaban Şahpələngov – Dmitri Yun (RUS)
64 kq
Heybətulla Hacəliyev – Ruslan Urix (RUS)
69 kq
Tamerlan Abdullayev – Onur Sipal (TUR)
75 kq
Emin Əhmədov – Amir Suleymanov (RUS)
