17 noyabr 2012 12:25
Yeddi azərbaycanlı dünya çempionatının finalında!
Bakı İdman Sarayında keçirilən boks üzrə tələbələr arasında dünya çempionatında finalçıların adları məlum olub. Azerisport.az xəbər verir ki, milli komandamızın 7 üzvü həlledici görüşdə çıxış etmək hüququ qazanıb.
Salman Əlizadə, Samir Məmmədov, Cavid Çələbiyev, Heybətulla Hacəliyev və Emin Əhmədovun ardınca daha iki boksçumuz yarımfinalda qələbə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya çempionu Şaban Şahpələngov ukraynalı Dmitri Kartaşov üzərində inamlı qələbə qazanıb. 3-cü raundda hakimlər döyüşü saxlayaraq, qələbəni həmyerlimizə veriblər. Tamerlan Abdullayev (69 kq) isə Qazaxıstan boksçusu Muratovu çətinliklə məğlub edib – 12:10. Təssüff ki, Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91+kq) finala vəsiqə qazana bilməyiblər. London Olimpiadasının iştirakçısı Vətən Hüseynli Ukrayna, Mehdiyev isə Rusiya boksçusuna məğlub olub.
Final görüşləri noyabrın 18-də, saat 14:00-da başlayacaq.
60 kq
Şaban Şahpələngov (Azərbaycan) – Dmitri Kartaşov (Ukrayna) tam üstünlüklə Şahpələngov qələbə qazanıb
Dmitri Yun (Rusiya) 11:8 Bünyamin Aydın (Türkiyə) 11:8
69 kq
Tamerlan Abdullayev 12:10 Ablaykan Muratov (Qazaxıstan)
Onur Sipal (Türkiyə) 9-9 Yevgeni Koşkarov (Rusiya) qələbə Sipala verilib
81 kq
Sergey Nikitin (Rusiya) – Yerasil Seyfoldanov (Qazaxıstan) tam üstünlüklə Nikitin qalib gəlib
Aleksandr Qanzulya (Ukrayna) 12:9 Vətən Hüseynli (Azərbaycan)
91+kq
Yusuf Acıq (Türkiyə) 11:5 Oleksandr Skorye (Ukrayna)
Kamran Mehdiyev (Azərbaycan) 9:14 Aleksey Yemelyanov (Rusiya)
