16 noyabr 2012 16:39

Baku Fires-ın meneceri: Argentina klubunda keçmiş peşəkarlar var

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 1-ci turunun Baku Fires (Azərbaycan) və Argentina Condors (Argentina) komandaları arasında noyabrın 17-də keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, çəki mərasimindən sonra Baku Fires-in baş meneceri Rizvan Gənciyev, komandanın baş məşqçisi Nuripaşa Talibov, Argentina Condorsun baş meneceri Hernan Salvo, baş məşqçi Sarbelio Fuentes və WSB-nin supervayzeri Narsi Kişen mətbuat konfransında iştirak ediblər.
 
Növbəti dəfə Bakıya gəlişindən şad olduğunu bildirən WSB-nin supervayzeri döyüşü idarə edəcək hakimlər haqqında məlumat verib: “Hət iki komandaya uğurlar arzu edirəm. Görüşün ədalətli idman mübarizəsi şəraitində keçəcəyinə inanıram”. “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev yeni mövsümün başlaması münasibəti ilə idman həvəskarlarını təbrik edib. O, artıq WSB liqasından Olimpiya oyunlarına 25 lisenziyanın veriləcəyini vurğulayıb: “Argentina klubu haqqında geniş məlumatımız yoxdur. 85 və 91+kq çəki dərəcəsində mübarizə aparacaq boksçular vaxtilə peşəkarlar arasında döyüşüblər. AİBA artıq peşəkar rinqdə 15-dən çox döyüş keçirməyən boksçuların da liqada çıxışına icazə verir. Ümid edirəm ki, sabah qələbə bizim tərəfimizdə olacaq”.
 
“Baku Fires”in baş məşqçisi Nuripaşa Talibov komandanın qarşısına yüksək hədəflərin qoyulduğunu və bunun üçün çalışacaqlarını bildirib. Argentina klubunun baş meneceri Hernan Salvo komandasının WSB liqasında debütant olmasını qabardıb: “Bizim üçün hər bir döyüş təcrübə məktəbi olacaq. Sabah liqanın ən güclü klublarından biri ilə qarşılaşacağıq. Rəqibə ciddi müqavimət göstərməyə çalışacağıq. İnanıram ki, azarkeşləri maraqlı döyüş gözləyir”.
 
“Baku Fires”in heyətində debüt edəcək dünya və Avropa çempionu Albert Səlimov WSB liqasında debütünü səbirsizliklə gözlədiyini söyləyib: “Son dünya çempionatında, eləcə də lisenziya turnirində bəxtsizliklə üzləşdim. Ancaq artıq qara zolağın geridə qaldığını düşünürəm. Və yeni komandamın uğurları üçün əlimdən gələni edəcəm”.
 
Qeyd edək ki, son anda Argentina Condors-un heyətində dəyişiklik edilib. 73 kq çəki dərəcəsində Henri david Polanco Simalı Xuan Velasko əvəzləyib.
 
Xatırladaq ki, matç 17 noyabr saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.