14 noyabr 2012 19:57
Olimpiya mükafatçımız diskvalifikasiya olundu (FOTO)
Xəbər verdiyimiz kimi, Bakı İdman Sarayında boks üzrə tələbələr arasında dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, yarışda 9 ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Estoniya, Ukrayna və Moldovanın 51 idmançısı mübarizə aparır.
Bu gün Azərbaycan idmançılarından daha biri – London Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov da mübarizəyə qoşulub. Lakin onun DÇ-dəki debütü uğursuz alınıb.
91 kq çəki dərəcəsində yarışan təmsilçimiz startda Rusiya boksçusu Şiqabuddin Aliyevlə qarşılaşıb. Lakin boksçumuz döyüşü başa çatdıra bilməyib. İkinci raundun sonunda boskçular qonq vurulsa da, ayrılmayıblar və rinqdə mübahisə etməyə başlayıblar. Belədə, görüşü idarə edən referi hər iki boksçunu idmançıya yaraşmayan hərəkətə görə rinqdən kənarlaşdırıb.
