13 noyabr 2012 14:21
Baku Fires - Argentina Condors görüşünün heyətləri açıqlandı
Noyabrın 17-də “saat 19:00-da Sərhədçi” İdman Olimpiya mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 1-ci turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Argentinanın “Argentina Condors” klubları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandalar artıq heyətlərini açıqlayıblar:
“Baku Fires” - “Argentina Condors”
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Alberto Ezequiel Melian (Argentina)
61 kq. Albert Səlimov (Rusiya) – İqnasio Perrin (Argentina)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Henri David Polanco Ferreras (Dominikan)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Facundo nahuel Simal (Argentina)
91+kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Maksimiliano Alexandro Sosa (Argentina)
“Baku Fires” klubunun heyətində rusiyalı dünya və Avropa çempionu Albert Səlimov debüt edəcək. Bu, həm də Səlimovun WSB liqasında ilk döyüşü olacaq. Komandamızın heyətində ötən mövsüm WSB liqasının fərdi yarışlarının qalibi olmuş Qairbek Qermaxanov və Ramazan Məhəmmədov da rinqə çıxacaqlar. Qeyd edək ki,
Argentina klubu WSB liqasına bu mövsümdən etibarən qoşulub.
Qrupumuzun digər görüşlərində noyabrın 16-da “Mexico Guerreros” “Poland Hussars” klubunu qəbul edəcək. Noyabrın 18-də isə “Dinamo” (Moskva) Əlcəzairin “Desert Hawks” komandası ilə qarşılaşacaq.
