12 noyabr 2012 13:54
Yığmamız Özbəkistandan altı medalla qayıdır
Özbəkistanın Çirçik şəhərində boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışda 4 qızıl və 2 gümüş medal qazanıb.
Turnirdə 46 kiloqram çəki dərəcəsində mübarizə aparmış Rüfət Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şamil İbrahimzadə (60 kq) də komanda yoldaşının uğurunu davam etdirib. O, yarışı birinci yerdə başa vurub. Hüseyn Tarverdili (66 kq) Vətənə qızıl medalla dönüb. Elvin Məhərrəmov (70 kq) da Özbəkistanda bütün rəqibləri üzərində qələbə qazanıb.
İki boksçumuz – Pərviz Quliyev (52 kq) və İlkin Əlibəyli (54 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər.
