3 noyabr 2012 13:32
Yığmamızın Ermənistana gedəcək heyəti bəlli oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın gənclərdən ibarət boks yığması noyabrın 25-də Ermənistanda start götürəcək boks üzrə Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq yığmamızın İrəvana hansı heyətlə gedəcəyi də dəqiqləşib.
Komandamız İrəvana bütövlükdə 10 nəfərlik nümayəndə heyəti ilə yollanacaq. Onlardan altısı məhz boksçu olacaq. Onların siyahısı belədi: Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq), Rauf Rəhimov (81 kq).
Avropa çempionatı noyabrın 25-dən dekabrın 8-dək davam edəcək.
