31 oktyabr 2012 13:06
Yığmamız Lənkəranda təlim-məşq toplanışına başladı
Boksçularımız Bakıda keçiriləcək tələbələr arasında dünya çempionatına hazırlığı davam etdirirlər. Azerisport.az xəbər verir ki, komandamız hazırda Lənkəranda – Cənub Regional Boks Mərkəzində təlim-məşq toplanışındadı.
Məşqçilər Nəriman Abdullayev və İlham Alimzanovun rəhbərliyi altında hazırlıq prossesinə 19 idmançı cəlb olunub. Onların arasında dünya Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc medalçısı Teymur Məmmədov da var. London Olimpiadasınnı digər iştirakçılarından Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) də yığmanın heyətinə cəlb olunublar. 2011-ci ildə Ankaradakı Avropa çempionatında qızıl medal qazanmış Salman Əlizadə də (49 kq) təlim-məşq toplanışında iştirak edir. Məşqçilər heyəti bəzi təcrübəli boksçuların komanda ilə birgə məşq etməsinə etiraz etməyib. Qeyd edək ki, tələbələr arasında dünya çempionatında hər ölkə hər bir çəki dərəcəsində yalnız bir idmançı ilə təmsil oluna bilər. Odur ki, noyabrın 14-dən 18-dək Bakı İdman Sarayında keçiriləcək yarışda 10 boksçumuz rinqə çıxacaq.
Təlim məşq toplanışında iştirak edən boksçular bunlardı:
Salman Əlizadə (49 kq)
Sərxan Babayev (49 kq)
Cavid Çələbiyev (52 kq)
İlkin Ağayev (56 kq)
Samir Məmmədov (56 kq)
Rəhim Nəcəfov (56 kq)
Elvin İsayev (60 kq)
Kamran Baxşəliyev (60 kq)
Elnur Əliyev (64 kq)
Heybətulla Hacəliyev (64 kq)
Salman İbrahimov (64 kq)
Tamerlan Abdullayev (69 kq)
İsmət Eynullayev (69 kq)
Emil Əhmədov (69 kq)
Yolçu Zeynalov (75 kq)
Vətən Hüseynli (81 kq)
Teymur Məmmədov (91 kq)
Kamran Mehdiyev (91 kq)
Fərid Şabanov (91+kq)
