30 oktyabr 2012 12:24

Yığmamızın Ermənistana gedəcəyi dəqiqləşdi

Azərbaycanın gənclərdən ibarət boks yığması noybayrın 25-də Ermənistanda start götürəcək boks üzrə Avropa çempionatında iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq Azərbaycan Boks Federasiyası İrəvana getməyə qərar verib.
 
Qeyd edək ki, millimizin bu qitə birinciliyinə yollanması sual altında idi. Federasiya qarşı tərəfdən təhlükəsizliklə bağlı təminat tələb etmişdi. Artıq Ermənistan tərəfi təhlükəsizlik təminatı ilə bağlı Azərbaycanın Boks Federasiyasına məktub göndərib.
 
Yığmamız İrəvana 10 nəfərlik nümayəndə heyəti ilə yollanacaq. Onlardan altısı məhz boksçu olacaq.
 
Maraq üçün bildirək ki, boks yığmamız hazırda Qazaxıstanda beynəlxalq turnirdə çıxış edir. Komandamız bu turnirdə 13 boksçu ilə təmsil olunur. Bunlar Rauf Rəhimov, Pərviz Bağırov, Ceyhun İbrahimli, Rahil Məmmədli, Tural Əhmədov, Kamran Məlikov, Nəsrəddin Məmmədov, Saqi Salehli, Orxan Mayıllız, Sadiq Səmədov, Rüstəm Musayev, Fərid İsmayılov və Nəbi Bağırovdu.
 
Məşqçilər Şamil Əlizamanov və Vidadi Tağıyev İrəvana aparılacaq altı boksçunu məhz Qazaxıstandakı beynəlxalq turnir başa çatandan sonra müəyyənləşdirəcək. Avropa çempionatı noyabrın 25-dən dekabrın 8-dək davam edəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.