24 oktyabr 2012 16:26

Azərbaycanlı boksçular Ermənistana getməyi planlaşdırırlar

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandası noyabrın 25-dən dekabrın 8-nə kimi Ermənistanın paytaxtı İrəvanda keçiriləcək dünya birinciliyində iştirak edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının bu yarışda iştirak edib-etməyəcəyi bəlli deyildi.

Lakin Azərbaycan Boks Federasiyası sözügedən mundialda iştirak etmək istəyir. Qurum hazırda Ermənistan tərəfindən yığmamızın məlum təhlükəsizliyi ilə bağlı zəmanət gözləyir.

Azərbaycan boskçuları İrəvana getsə, güclü təhlükəsizlik tədbirlərinin görülməsi planlaşdırılır. Mümkündü ki, komandamız ayrıca oteldə saxlanılsın.
 
Maraq üçün xatırladaq ki, bir neçə il öncə İrəvanda gənclərdən ibarət cüdo üzrə Azərbaycan yığması da Avropa çempionatında qüvvəsini sınamışdı. Həmin vaxt yığmamız bir qızıl, bir gümüş və üç bürünc medal qazanmışdı.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.