16 oktyabr 2012 19:31

Azərbaycan millisində yeni baş məşqçi

Boks üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bundan sonra millimizi ukraynalı Vladimir Zolotaryov çalışdıracaq.

Bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev də təsdiqləyib. O, saytımıza açıqlamasında bildirib ki, Zolotaryov artıq yığmamızla Qəbələ toplanışındadı və komanda ilə tanış olur.
 
Zolotaryovla yarım illik müqavilə imzalanıb. Onun köməkçisi isə Nəriman Abdullayev olacaq. Hansı ki, Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarında məhz onun rəhbərliyi altında çıxış edib və 2 bürünc medal qazanıb.

Zolotaryova gəlincə, 60 yaşlı mütəxəssis ölkəmizə gələnədək Ukraynanın gənclərdən ibarət yığmasının baş məşqçisi olub. Lakin o, daha çox dünyaca məşhur Vladimir və Vitali Kliçko qardaşlarının ilk məşqçisi kimi tanınır. Məhz Zolotaryovun rəhbərliyi altında Vladimir Kliçko 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.