11 oktyabr 2012 19:35
AİBA 2012-ci ilin ən yaxşılarının adlarını açıqladı
AİBA 2012-ci ilin ən yaxşılarının adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı xəbər yayıb.
İlin ən yaxşıları bunlardı:
İlin ən yaxşı boksçusu - Aleksandr Usik (Ukrayna)
İlin ən yaxşı qadın boksçusu - Keti Teylor (İrlandiya)
İlin ən yaxşı hakimi - Maykl Gallaher (İrlandiya)
İlin ən yaxşı məşqçisi - David Hellovey (Böyük Britaniya)
İlin ən yaxşı texniki nümayəndəsi - Franko Falçinelli (İtaliya)
İlin ən yaxşı WSB boksçusu - Sergey Derevyançenko (Ukrayna)
İlin ən yaxşı WSB hakimi - Jan-Robert Leyn (Fransa)
İlin ən yaxşı WSB məşqçisi - Françesko Damiani (İtaliya)
İlin ən yaxşı WSB supervayzeri - Luiz Boselli (Braziliya)
İlin ən yaxşı idman adamı - Qərib Erkuyumcu (Türkiyə)
Xatırladaq ki, AİBA ötən il "ən yaxşı boksçu" mükafatını milli komandamızın üzvü, dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidova təqdim etmişdi.
