5 oktyabr 2012 15:58

Azərbaycanın beş təmsilçisi AÇ-nin yarımfinalında

Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışda yarımfinalçıların adlarına aydınlıq gəlib.
 
Milli komandamızın 5 üzvü yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı özlərinə təmin ediblər. 38,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov çətinliklə də olsa ¼ finaldakı döyüşünü qələbə ilə başa vurub. Boksçumuzun Türkiyə nümayəndəsi Əli Rəsul Güloğlanla görüşü 8:8 hesabı ilə başa çatsa da, qələbə Azərbaycan idmançısına verilib.  Həsənov yarımfinalda yerli boksçu Aleksey Kisilyovla üz-üzə gələcək. Ümid Rüstəmov da (44,5 kq) adını yarımfinalçılar sırasına yazdırıb. Milli komandamızın üzvü ukraynalı Vladimir Pereginyakı 15:7 hesabı ilə məğlub edib.  Pərviz Quliyev (52 kq) ¼ final mərhələsini inamlı qalibiyyətlə keçib. Həmyerlimiz çexiyalı Mixal Bartuneki 2-ci raundda təslim olmağa məcbur edib. Quliyev finala gedən yolda Türkiyə atleti Heydər Ünlülərlə qarşılaşacaq. Hacı Dilbazov (65 kq) ¼ finalda ukraynalı Maksim Usenkodan güclü olduğunu sübut edib – 11:5. O, yarımfinalda İsrail boksçusu Adi İfraimovu məğlub etməyə çalışacaq. Məhhəməd Abdullayev (76+kq) isə İsrail təmsilçisi üzərində ¼ finalda qələbə qazanıb. Millimizin üzvü Xallil Bassalı rinqə çıxmağa peşman edib – 13:1. Ötən gün boksçularımızdan yalnız ikisi – Hümbət İmanov (41,5 kq) və  Sərxan Əliyev (46 kq)  məğlubiyyətlə üzləşiblər. İmanov  Rusiya təmsilçisi Nikita Piskunova, Əliyev isə irlandiyalı Oliver Makkartiyə uduzub.
 
Bu gün Avropa birinciliyində yarımfinal döyüşləri keçiriləcək. Turnirə oktyabrın 6-da yekun vurulacaq.   

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.