25 sentyabr 2012 00:18
Vitali Kliçko karyerasını başa vurdu
Ukraynalı ağır çəkili boksçu Vitali Kliçko idmançı karyerasını başa vurduğunu açıqlayıb. Azerisport.az xəbər verir ki, Kliçko Donetskdə keçirdiyi mətbuat konfransında bir daha rinqə çıxmayacağını bildirib.
41 yaşlı idmançı sonuncu dəfə sentyabrın 8-də Rusiyanın paytaxtı Moskvada nəyə qadir olduğunu nümayiş etdirib. O, həmin gün almaniyalı Manuel Çarranı yenərək, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu titulunu qoruyub.
Qeyd edək ki, Vitali Kliçko karyerası ərzində peşəkar rinqdə 47 döyüşə çıxıb. O, 41-i nokautla olmaqla, 45 qələbə qazanıb, 2-də isə uduzub.
