25 sentyabr 2012 18:08

Baku Fires rəqiblərini tanıdı

Ümumdünya Boks Seriyasında (WSB liqasında) yeni mövsümün püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu dəfə 12 komanda iki qrupda mübarizə aparacaq.
 
"Baku Fires" klubu "A" qrupunda Rusiyanın "Dinamo" (Moskva), Hindistanın "India Fighters", Argentinanın "Argentina Condors", Meksikanın "Mexico Guerreros" və Polşanın "Hussars Poland" komandaları ilə görüşəcək. "B" qrupunda isə "Milano Thunder" (İtaliya), "Germany Eagles (Almaniya), "Astana Arlans" (Qazaxıstan) və adları hələ ki dəqiqləşməyən Ukrayna, Böyük Britaniya və ABŞ klubları yer alacaq.
 
Komandamızın qrupunda Argentina və Polşa təmsilçiləri WSB liqasında debüt edirlər. "Baku Fires" qrupda ilk görüşünü noyabrın 17-də doğma divarlar arasında "Argentina Condors"a qarşı keçirəcək.
 
"Baku Fires"in oyunlarının təqvimi:
 
1-ci tur: "Baku Fires" - "Argentina Condors"
 2-ci tur: "India Fighters" - "Baku Fires"
 3-cü tur: "Dinamo" (Moskva) - "Baku Fires"
 4-cü tur: "Baku Fires" - "Mexico Guerreros"
 5-ci tur: "Baku Fires" - "Hussars Poland"
 6-cı tur: "Argentina Condors" - "Baku Fires"
 7-ci tur: "Baku Fires" - "İndia Fighters"
 8-ci tur: "Baku Fires" - "Dinamo" (Moskva)
 9-cu tur: "Mexico Guerreros" - "Baku Fires"
 10-cu tur: "Hussars Poland" - "Baku Fires"
 
Qeyd edək ki, İsvçrənin Lozanna şəhərində WSB liqasının 2012/2013-cü illər mövsümü üçün boksçuların draftı keçirilib. Komandalar təklif olunan boksçulardan 27-i heyətə cəlb ediblər. Onlardan biri son Olimpiya Oyunlarının bürünc mükafatçısı (irlandiyalı Maykl Konlan), dördü isə London-2012-də ¼ finala vəsiqə qazananlardır. Draftda heyətini ən çox gücləndirən komandalar "Astana Arlans" və "Mexico Guerreros"dur. Bu klubların hərəsi 5 yeni boksçu ilə anlaşıb.
 
"Baku Fires" draftda iki yeni boksçu ilə güclənib. Özbəkistanlı Elşod Rəsulov 2012/2013-cü illər mövsümündə 85 kq çəki dərcəsində Azərbaycan təmsilçisinin heyətində çıxış edəcək. 2009-cu ildə Milanda keçirilən dünya çempionatının bürünc mükafatçısı olan Rəsulov London olimpiadasında ¼ finalda mübarizəni dayandırıb. Özbəkistanın tanınmış atletlərindən olan boksçu son olimpiadanın açılış mərasimində ölkəsinin bayragını aparıb.
 
Komandamızın anlaşdığı digər idmançı isə Cənubi Afrika Respublikasından olan Siphive Lusizidir. Afrika oyunlarının bürünc mükafatçısı olan Lusizi Londonda 1/8 finalda uduzub. O, 73 kq çəki dərəcəsində döyüşəcək. Olimpiya Oyunlarında milli komandamızın şərəfini qorumuş Məhəmməd Abdulhəmidov yeni mövsümdən Polşanın "Hussars Poland" klubunun heyətində çıxış edəcək. Abdulqadir Abdullayev isə "Milano Thunder"lə müqavilə bağlayacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.