10 sentyabr 2012 20:45

Azərbaycan İstanbuldan yeddi medalla qayıdır

Türkiyənin İstanbul şəhərində Əhməd Comərdin xatirəsinə həsr olunmuş gənclər arasında boks turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, 27-ci dəfə təşkil olunan yarışda 16 ölkənin 118 boksçusu qələbə uğrunda mübarizə aparıb.
 
Gənclərdən ibarət milli komandamız qardaş ölkədə iki qızıl, iki gümüş və üç bürünc medala sahib olub. Boksçularımızdan gənclər arasında Avropa çempionu Pərviz Bağırov (64 kq) bu dəfə də hamıdan güclü olduğunu sübut edib. Həmyerlimiz finalda Özbəkistan təmsilçisi Ənvər Turabovu 15:8 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Daha bir Avropa birinciliyinin qalibi - Rauf Rəhimov da (81 kq) birinci yerə layiq görülüb. Boksçumuz finalda türkiyəli Cem Kılıcı 15:8 hesabı ilə üstələyib.
 
52 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov yalnız finalda yerli boksçu Cengiz Onata 11:13 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.
 
Orxan Mayıllı da (75 kq) vətənə gümüş medalla dönüb. O, finalda slovakiyalı Yozef Sirotekə 10:18 hesabı ilə məğlub olub.
 
Daha 3 boksçumuz - Kamran Məlikov (52 kq), Fərid İsmayılov (60 kq) və Sadiq Səmədov (91 k1) 3-cü yerə sahib olublar.
 
Ümumkomanda hesabında Türkiyə 1-ci, Azərbaycan 2-ci, Özbəkistan isə 3-cü yeri tutub.
 
Qeyd edək ki, gənclər arasında dünya birinciliyi oktyabrda Tailandda keçirilməli olsa da, AIBA təşkılatçılığı bu ölkədən alıb. Hələ ki, yarışın harada olacağı bəlli deyil.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.