6 sentyabr 2012 20:17
Azərbaycan təmsilçisi ikinci döyüşündə uduzdu
Ukraynanın Nikolayev şəhərində qadınlar arasında ənənəvi boks turniri keçirilir. Azerisport.az xəbər verir ki, yarışda yerli idmançılarla yanaşı, Rusiya, İsveç, Polşa, Fransa, Finlandiya, Belarus və Moldova komandaları mübarizə aparır.
Ölkəmizi turnirdə 51 kq çəki dərəcəsində Anna Əlimərdanova təmsil edirdi. Boksçumuz ilk görüşdə Polşa təmsilçisi Aleksandra Paçkanı böyük üstünlüklə məğlub edib – 15:3. Əlimərdanova növbəti mərhələdə Ukrayna boksçusu İvanna Krupeniya ilə qarşılaşıb. Lakin o, ikinci görüşdə məğlub olub. Əlimərdanova Krupeniyaya 2:6 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 70 qadın boksçunun iştirak etdiyi turnirə sentyabrın 8-də yekun vurulacaq.
