30 avqust 2012 00:23
Dünya çempionatı təxirə salındı
Boks üzrə gənclər arasında dünya birinciliyi Tailandda keçirilməyəcək. Azerisport.az xəbər verir ki, yarışın öncədən oktyabrda təşkil olunması planlaşdırılsa da, AIBA turnirin təxirə salındığını açıqlayıb.
Dünya birinciliyinin nə vaxt və harada keçiriləcəyi barədə məlumat Beynəlxalq Həvəskar Boks Assosiyasiyası tərəfindən bildiriləcək.
Qeyd edək ki, gənclər arasında son dünya birinciliyi 2010-cu ilin aprelində Bakıda keçirilib. Həmin yarışda boksçularımızdan Salman Əlizadə və Şaban Şahpələngov qızıl, Elvin İsayev isə bürünc medala layiq görülmüşdü.
