15 avqust 2012 13:06
Teymur Məmmədov: Belə hakimlik məni saxlaya bilməz
London Yay Olimpiadasının bürünc mükafatçısı olmuş Azərbaycanın boks yığmasının üzvü Teymur Məmmədov (91 kq) Bakıdakı qarşılanma mərasimi zamanı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Mən yarımfinalda italiyalı boksçuya məğlub olmamışdım. Sadəcə, hakimlərin qərarı ilə qələbə ona verildi. Hakimlərin idarəçiliyi ümumilikdə daha yaxşısını arzulamağa əsas verirdi. Amma istənilən halda belə hakimlik məni saxlaya bilməz. Yenə də öz üzərimdə çalışacağam Rio de Janeyroda qızıl medal arzuma çatacağam”.