15 iyul 2012 00:02
Azərbaycan üçün iki qızıl medal
Yakutskda keçirilən "Asiyanın uşaqları" V beynəlxalq idman oyunlarında Azərbaycanın iki yeniyetmə boksçusu qızıl medala layiq görülüb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan İman Əhmədli finalda rusiyalı Arqen Jorobayevi 11:6 hesabı ilə məğlub edib.
Orxan Əliyev də (80 kq) həlledici görüşdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalıxıb. Boksçumuz Qazaxıstan nümayəndəsi Madiyar Nurqaliyev üzərində qələbə qazanıb - 13:10.
Məsud Yusifzadə (52 kq) və Şamil Əliyev (70 kq) finalda uduzaraq, gümüş medala sahib olublar.
