1 iyul 2012 12:57
Azərbaycan təmsilçisi Avropa çempionu oldu
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, azərbaycanlı boksçular yekunda 1 qızıl, 4 bürünc medal qazanıblar.
Belə ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gəlib. Bu rəqibini də məğlub etməyi bacaran təmsilçimiz baş mükafata sahib çıxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə, eləcə də Orxan Əliyev (80 kq), Cavid Quliyev (60 kq) və Məhəmmədəli Tahirov (80+) isə bürünc medallarla kifayətlənməli olublar.
