30 iyun 2012 16:15

Azərbaycan təmsilçisi Avropa çempionatının finalında

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçılar məlum olub. Azerisport.az saytının məlumatına görə, təssüff ki, yarımfinala vəsiqə qazanmış 5 boksçumuzdan yalnız biri həlledici mərhələyə yüksələ bilib. 
 
57 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə Almaniyanı təmsil edən Vladislav Barısniki 17:9 hesabı ilə məğlub edib. Boksçumuz finalda rusiyalı Arkadi Plemeniçenko ilə üz-üzə gələcək.
 
48 kq çəki dərəcəsində mübarizə aparan Elnur Şəfizadə bürünc medalla kifaytlənməli olub. Millimizin üzvü yarımfinalda rusiyalı Süleyman Bammatova 10:13 hesabı ilə uduzub.
 
Orxan Əliyevin finala gedən yolunu isə Belarus nümayəndəsi kəsib. O, Vladimir Tsitova 8:16 hesabı ilə məğlub olub.
 
Cavid Quliyev də (60 kq) qitə birinciliyinin bürünc medalı ilə kifayətlənib.  Həmyerlimiz yarımfinalda rusiyalı Aleksandr Moroxinə 13:19 hesabı ilə uduzub.
 
Məhəmmədəli Tahirov da 3-cü yer tutanlar arasındadır. Ən ağır çəkili boksçumuz yarımfinalda rusiyalı Marat Kerimxanova 2 xal fərqlə məğlub olub - 9:11.
 
Beləliklə, milli komandamızın 4 üzvü Avropa birinciliyini bürünc medalla başa vurub. Şamil İbrahimzadənin medalının əyarı isə bu gün keçiriləcək finaldan sonra məlum olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.