29 iyun 2012 12:19
Olimpiadada iştirak edəcək Azərbaycan boksçularının adları açıqlandı
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2012-ci ilin London Oimpiadasında iştirak edəcək 286 boksçunun adlarını elan edib. Azerisport.az xəbər verir ki, onlardan 250 nəfəri kişi, 36 nəfəri qadındı.
Azərbaycanın səkkiz nümayəndəsinin Londona gedəcəyi rəsmən təsdiqlənib. Bunlar Elvin Məmişzadə (52 kq), Məhəmməd Əbdülhəmidov (56 kq), Heybətulla Hacıəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+kq) və qadınlar arasında boks üzrə Azərbaycanın yeganə nümayəndəsi Yelena Vıstropovadı (75 kq).
