17 may 2012 18:18

Azərbaycanın iki təmsilçisi növbəti mərhələdə

Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda Belarus, Azərbaycan, Rusiya, Ermənistan, Avstraliya, Moldova, Qətər, Qazaxıstan və Latviya idmançıları mübarizə aparırlar.
 
Komandaların nümayəndələri və turnir iştirakçıları yarışdan öncə Viktor Liventsovun məzarını ziyarət ediblər. Yarışda Azərbaycan idmançılarından Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edirlər. Dünya çempionumuz Məcidov ilk döyüşdə ukraynalı İvan Bezverxiyi 21:7 hessabı ilə məğlub edib. Milli komandamızın üzvü ikinci döyüşünü rusiyalı Zelimxan Bataşevə qarşı keçirəcək. Elvin Məmişzadə də yarışa qələbə ilə başlayıb. Boksçumuz Qətəri təmsil edən Erlan Tamemovu aşkar üstünlüklə məğlub edib. Hacəliyev isə qazaxıstanlı Sabit Tuleberqenova 2 xal fərqlə uduzub. Abdulhəmidov ilk döyüşünü rusiyalı dünya çempionu Sergey Vodopyanova qarşı keçirəcək.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.