17 may 2012 01:19
Azərbaycan təmsilçisi dünya çempionatının yarımfinalında
Çinin Quançjou şəhərində keçirilən boks üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan qadın boksçusu Yelena Vıstropova yarımfinala yüksəlib.
O, 1/4 final matçında ukraynalı Liliya Durniyeva ilə qarşılaşıb. Təmsilçimiz rəqib üzərində inamlı qələbəyə sevinib – 12:5. Növbəti mərhələdə Vıstropova isveçli Anna Lorell ilə qarşılaşacaq.
Qeyd edək ki, Yelena Vıstropova 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazansa, bu, Azərbaycanın əldə etdiyi 52-ci vəsiqə olacaq. Bunun üçün boksçumuz sadəcə qarşıdakı görüşdə də qələbə qazanıb, finala vəsiqə qazanmalıdı.
