15 may 2012 17:33
Dünya çempionatında növbəti qələbə
Çin Xalq Respublikasının Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Yelena Vıstropova (75 kq) lisenziya xarakterli yarışda ikinci qələbəsini qazanıb.
Boksçumuz braziliyalı Roseli Amaral Feitosanı 17:12 hesabı ilə məğlub edib. Y.Vıstropova 1/8 final mərhələsində rumıniyalı Luminita Turçinlə qarşılaşacaq.
Qeyd edək ki, yığmamızın üzvü ilk görüşdə Belarus təmsilçisi Viktoriya Kebikova üzərində qələbə qazanmışdı.
