13 may 2012 11:42
Fariz Məmmədov erməni rəqibi üzərində qələbə qazandı
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov səkkiz illik fasilədən sonra ilk döyüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Almaniyanın Vaysvalden şəhərində təşkil olunan görüşdə Farizin rəqibi Avstriyada yaşayan erməni boksçusu Jeqise Tomazyan olub.
WBCA versiyası üzrə keçirilən döyüş 12 raunddan ibarət olmalı idi. Lakin 4-cü raundda rəqibini nokauta salan Fariz görüşdən qalib ayrılıb.
