4 may 2012 18:17
Qadın boksçularımız da olimpiadaya lisenziya qazana bilər
Boks üzrə qadınlardan ibarət Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatına qatılacaq. Azerisport.az xəbər verir ki, ölkəmiz mayın 11-də Çinin Quançjau şəhərində start götürəcək nüfuzlu yarışda 3 boksçu ilə təmsil olunacaq.
Anna Əlimərdanova (51 kq), Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropovadan (75 kq) ibarət heyət çempionata mayın 8-də yollanacaq. Həmyerlimiz Rövşən Hüseynov isə hakimlik edəcək.
Qeyd edək ki, boksçularımız hazırda Qazaxıstanın paytaxtı Astanada təlim-məşq toplanışındadır. Onlar “Avtomobilist” bazasında Ukrayna və Qazaxıstan idmançıları ilə birgə hazırlıq keçirlər. Xəzərin o tayına keçməmişdən öncə təmsilçilərimiz Yunanıstanda təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak ediblər. Həmin yarışda Vıstropova 3-cü yerə layiq görülüb.
