3 may 2012 16:51

Azərbaycan yığması beynəlxalq turnirdə

Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, sayca 14-cü dəfə keçirilən yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Türkmənistan, Ermənistan və Dağıstan komandaları iştirak edirlər. Azərbaycanı turnirdə məşqçilər Salam Bağırovla Elçin İbrahimlinin rəhbərliyi altında gənc boksçular təmsil edirlər.
 
Heyətdə yer alan idmançılar müxtəlif cəmiyyətlərin yığma komandalarını təmsil edirlər. Umaxanov turnirində 7 boksçumuz - Fərid Atamoğlanov, Əbdürrəhim Şirinov (hər ikisi 52 kq), Salman İbrahimov (60 kq), Elnur Zeynalov, Ruslan Qasımov (hər ikisi 64 kq), İsmət Eynullayev, Bəxtiyar Nadirov (hər ikisi 69 kq) mübarizə aparır. Bunlardan Eynullayev və Qasımov təcrübəlidirlər. Onlar dəfələrlə ölkə çempionatının mükafatçısı olublar. Ruslan Qasımov 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında iştirak edib.
 
Turnirə mayın 5-də yekun vurulacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.