3 may 2012 15:44

Fariz Məmmədovun rəqibi erməni boksçu oldu

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədovun mayın 12-də Almaniyada keçirəcəyi döyüşdəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimiz erməni idmançı Geqise Tomazyanla qarşılaşacaq.
 
Fariz Məmmədov bu münasibətlə keçirilən mətbuat konfransında bildirib ki, peşəkar idmana cəmi 5 həftə əvvəl qayıtmasına baxmayaraq, erməni idmançının çağırışına etiraz etməyib: "Mən sentyabr ayına qədər istənilən təklifə razı olmayacaqdım. Lakin buna etiraz edə bilmədim. Çünki yeddi ildi ki, bu döyüşü arzulamışam ".
 
Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yeddi il həbsxana həyatı yaşadıqdan sonra yenidən peşəkar idmana qayıdıb. Bu günlərdə isə Məmmədov Almaniyanın boks şirkətlərinin biri ilə müqavilə imzalayıb.
 
Avstriyada yaşayan, Ermənistanın adından çıxış edən Geqise Tomazyan 16 görüş keçirib, 14-də qalib gəlib.
 
WBCA üzrə beynəlxalq kəmər uğrunda Fariz Məmmədovla Geqise Tomazyan arasında keçiriləcək döyüş 12 raunddan ibarət olacaq.

Похожие новости

Boks 02 oktyabr

Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm

Azərbaycan boks yığmasının üzvü, Polşada keçirilən III Avropa Oyunlarında bürünc medal qazanaraq, Paris-2024-ə lisenziya əldə edən Murad Allahverdiyev Azerisport.com-a müsahibə verib.
Boks 01 noyabr

Azərbaycan yığmasının baş məşqçisi istefaya göndərildi

Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke istefaya göndərilib.
Boks 27 avqust

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib.
Boks 01 avqust

Zamiq Atakişiyevdən debütündə erkən qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.
Boks 30 iyul

Qəbələnin boksçusu Riqada rinqə çıxacaq

“Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə ilk döyüşünü keçirəcək
Boks 28 iyun

Boks yığmamız ABŞ-a bu heyətlə gedir

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək.
Boks 25 iyun

Rüfətlə Teymur çempion oldu, Kamran Rioya lisenziya qazandı

Bakıda Olimpiadaya lisenziya verən boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Boks 01 iyun

Üç boksçumuz üçün Rioya lisenziya qazanmaq şansı

İyunun 16-dan 25-dək Bakıda boks üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Boks 24 may

Azərbaycan boks üzrə dünya çempionatını medalsız başa vurdu

Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatı keçirilir.