2 may 2012 16:48
Azərbaycan yığmasının planları açıqlandı
Olimpiya oyunlarına hazırlaşan boks üzrə kişilərdən ibarət milli komandamızın hazırlıq planı açıqlanıb. Azerisport.az xəbər verir ki, hazırda Bakıda təlim-məşq toplanışında olan boksçularımız mayın 14-də Minskə yola düşəcəklər.
Yığmamız orada Liventsovun xatirə turnirində iştirak edəcək. İyunda dünyanın ən güclü boks ölkələrindən olan Kuba millisinin şəhərimizə gələrək, komandamızla birgə toplanış keçməsi də nəzərdə tutulub.
14 may – 20 may – Beynəlxalq turnir (Minsk)
22 may – 25 may – Fərdi məşqlər (Aktiv istirahət)
26 may – 9 iyun – Təlim-məşq toplanışı. Beynəlxalq turnirə hazırlıq (Qəbələ və ya Zaqatala)
10 iyun – 14 iyun – Bakıda beynəlxalq turnir. 4 komandanın iştirakı ilə (Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan)
15 iyun – 19 iyun – Aktiv istirahət (Fərdi)
20 iyun – 1 iyul – Azərbaycan – Kuba birgə təlim-məşq toplanışı.
2 iyul – 7 iyul – Ümumi Fiziki Hazırlıq-Xüsusi Fiziki Hazırlıq – Azərbaycan rayonlarının birində
8 iyul – 19 iyul – Birgə məşqlər (Türkiyə, Özbəkistan və s)
20 iyul – 24 iyul – Londona gediş
25 iyul – 13 avqust – Olimpiya Oyunlarında iştirak
