26 aprel 2012 15:49
Azərbaycan yığması baş məşqçisiz qaldı
Boks üzrə Azərbaycan yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Türkiyənin Trabzon şəhərində keçirilən olimpiya lisenziyalı beynəlxalq turnir başa çatdıqdan sonra yığmamızın çalışdırıcısı Yevgeni Kotov istefa verib.
Təcrübəli mütəxəssisin millimizdən gedişinə sağlıq durumunda müəyyən problmelərin olması səbəb göstərilir. Onunla yanaşı komandanın meneceri Həmzət Ağayev də yığmadan gedib.
Boks üzrə yığmamızı olimpiadaya Nəriman Abdullayevlə Rasim Məmmədov hazırlaşdıracaq.
