21 aprel 2012 10:50
Azərbaycanlı boksçuların növbəti döyüşləri
Bu gün Trabzonda keçirilən olimpiya lisenziyalı boks turnirində növbəti döyüşlər baş tutacaq. Azerisport.az xəbər verir ki, həlledici final görüşlərində Azərbaycanın iki təmsilçisi döyüşəcək. Məhəmməd Abdulhəmidov (56 kq) - Pavlo İşşenko (Ukrayna), Vətən Hüseynli (81 kq) - Bahram Muzaffer (Türkiyə) cütləri finalın taleyinə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, Abdulhəmidov və Hüseyni olimpiadaya lisenziyanı artıq təmin ediblər.
