21 aprel 2012 22:30
Azərbaycan qızıl medal qazana bilmədi
Türkiyənin Trabzon şəhərində boks üzrə olimpiya təsnifat turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirin qızıl medallarına iki azərbaycanl boksçu da iddialı idi.
56 kq-da Məhəmməd Əbdulhəmidov final döyüşünə çıxmalı idi. Amma idmançımız zədələndiyindən onun rəqibi Pavlo İşenko döyüşmədən çempion olub. Qeyd edək ki, Abdulhəmidov yarımfinala çıxmaqla artıq London olimpiadasına lisenziyanı təmin etmişdi.
81 kq çəkili Vətən Hüseynli də finala çıxmaqla olimpiadaya lisenziya qazanmışdı. Lakin o, Əbdulhəmidovdan fərqli olaraq həlledici döyüşə də çıxıb. Türkiyəli Bahram Muzefferlə qarşılaşan Hüseynli məğlubiyyətlə üzləşib.
