20 aprel 2012 22:00
Əbdulhəmidov döyüşə çıxmadan finala vəsiqə qazandı
Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdulhəmidov (56 kq) Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində finala vəsiqəni təmin edib. Azerisport.az xəbər verir ki, boksçumuz yarımfinalda Gürcüstan təmsilçisi Merab Turkadze ilə döyüşməli idi.
Ancaq Turkadze zədələndiyindən yarımfinala çıxmayıb. Belədə həmyerlimiz birbaşa finala vəsiqəni təmin edib.
Əbdulhəmidov həlledici döyüşdə Denis Ceylan (Danimarka) – Pavlo İşenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.
