20 aprel 2012 18:46
Vətən Hüseynli də lisenziya qazandı
Türkiyənin Trabzon şəhərində boks üzrə olimpiya təsnifat turniri davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha bir boksçumuzun – Vətən Hüseynlinin lisenziya qazanmaq şansı var idi.
Hüseynli bunun üçün ən azı finala çıxmalı idi. İngiltərəli Smit Kallumla yarımfinal qarşılaşmasından qalib ayrılan idmançımız London olimpiadasına vəsiqə qazanıb.
Xatırladaq ki, bu yarışda digər lisenziyamızı isə Məhəmməd Abdulhəmidov əldə etmişdi.
