19 aprel 2012 14:18
Əbdülhəmidov və Hüseynli Trabzon turnirində yarımfinal rəqiblərini tanıdılar
Olimpiya lisenziyalı Trabzon turnirində Azərbaycanı təmsil edən idmançılarımız Məhəmməd Əbdülhəmidov (56 kq) və Vətən Hüseynlinin (81 kq) yarımfinal rəqibləri məlum olub. Azerisport.az xəbər verir ki, Abdulhəmidov Gürcüstan təmsilçisi Merab Turkadze, Hüseynli isə İngiltərə təmsilçisi Kallum Smitlə qarşılaşacaq.
Qeyd edək ki, 81 kq çəki dərəcəsində üç lisenziya oynanılır və yarımfinalda Smitə məğlubiyyət təqdirində ingilisin finalda qələbəsinə ümid edilməlidir.
Xatırladaq ki, Abulhəmidov yarımfinala çıxmaqla olimpiya lisenziyasını təmin edib.
