19 aprel 2012 01:32
Kəmaləddin Heydərov: Yığmanın çıxışından razıyam
Boks federasiyasını prezidenti Kəmaləddin Heydərov Trabzonda keçirilən lisenziya xarakterli turnirdə yığmamızın çıxışından razıdır: “Çox şadam ki, altıncı lisenziyanı qazana bildik. Məhəmməd Abdulhəmidov özünü yaxşı tərəfdən göstərdi. Ümumiyyətlə, komandanı çıxışçı məni qane edir. Ümid edirəm ki, Vətən Hüseynli lisenziya qazanacaq”, deyə Heydərov bildirib.
